Son günlər “WhatsApp” və sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınlarından müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur.
Kiberdələduzlar tanıdığınız şəxsin adı, fotoşəkli və digər məlumatlarından istifadə edərək saxta hesablar yaradır, yaxınlarına yazaraq pul göndərilməsini xahiş edirlər.
Belə mesaj aldıqda tələsməyin. Məlumatın həqiqiliyini həmin şəxslə digər əlaqə vasitəsilə dəqiqləşdirin. Şübhəli mesajlara cavab verməyin, pul vəsaiti göndərməyin, şəxsi və bank məlumatlarınızı paylaşmayın, tanımadığınız keçidlərə daxil olmayın. Kiberdələduzluqla qarşılaşdıqda “102” Xidməti-Zəng Mərkəzinə müraciət edin.
Digər xəbərlər

Bakı Şəhər DYP İdarəsinin avtomobil sürücülərinə MÜRACİƏTİ
👀 122 Bildiyiniz kimi, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir. Təəssüflə qeyd…
Azərbaycanda pambıq istehsalı artıb
👀 92 Bu ilin yanvar-iyul aylarında Azərbaycan 172 milyon 264.47 min ABŞ dolları dəyərində pambıq ixrac edib. Xüsusi.tv Dövlət Gömrük…
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
👀 81 Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur. Xüsusi.tv xəbər verir ki, bu…
