Gəmidə baş verən yanğın nəticəsində ölənlərin sayı 25-ə çatdı

ÇXR-də təmirdə olan xarici gəmidə baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib.

Xüsusi.tv xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisə anında gəmidə ümumilikdə 42 nəfər olub. Onlardan 12-si təxliyə edilib. Xəsarət alan 5 nəfər isə xəstəxanaya yerləşdirilib, hazırda onların səhhəti stabil olaraq qiymətləndirilir. Sözügedən tərsanə Çin Dövlət Gəmiqayırma Korporasiyasına (CSSC) məxsusdur.

Çin Xalq Respublikasının Sədri Si Cinpin baş vermiş yanğının səbəblərinin dərhal və operativ şəkildə araşdırılması üçün tapşırıq verib.