Alparslan Bayraktar: “Azərbaycan-Türkiyə enerji əməkdaşlığı böhran şəraitində daha əhəmiyyətlidir”

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı böhran şəraitində daha böyük əhəmiyyət qazanır.

Xüsusi.tv xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda bildirib.

“Hazırda dünya böhrandadır. Xüsusilə də enerji ətrafında intensivləşən bir böhran prosesi yaşanır. Bütün bunlara görə belə bir zamanda belə bir örnək əməkdaşlığa sahib olmaq və bunu inkişaf etdirməyə yönəlmiş addımlar atmaq hamımız üçün vacibdir. Eyni zamanda bu, region və dünya üçün də vacibdir. Çünki dünyada gördüyümüz, xüsusilə də bu qısa 5-6 il ərzində pandemiya ilə başlayan proses, Rusiya-Ukrayna müharibəsi, indi isə Hörmüz böhranı ilə davam edən Amerika-İran müharibəsi sanki yeni dövrün münaqişələr dünyası, böhranlar dünyası olduğunu göstərir. Beləliklə, belə bir dünyada beynəlxalq əməkdaşlıqların, ikitərəfli əməkdaşlıqların hər zamankından daha mühüm formaya gəldiyini görürük. zərbaycan və Türkiyə arasındakı bu əlaqə və əməkdaşlıq, xüsusilə enerji sahəsindəki əməkdaşlıq, həqiqətən nümunə göstəriləcək bir səviyyədədir”, – deyə o qeyd edib.