“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı açıq tender başa çatıb.
Xüsusi.tv əldə etdiyi məlumata görə, tenderin yekun qiyməti 33 milyon 898 min manat təşkil edib.
Tender çərçivəsində Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.


