Vyetnamın Vitse-prezidenti Azərbaycana gəldi

Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Xüsusi.tv xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyetnamın Vitse-prezidentini Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.