Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran üçüncü şəxs də polis tərəfindən saxlanılıb.
Xüsusi.tv-yəDaxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis tərəfindən davam etdirilən tədbirlərlə hadisə yerindən qaçan R.Qasımov saxlanılıb.
Xatırladaq ki, dağlıq ərazidə qızıl axtaran üç nəfər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd edib. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb, E.Kərimov isə saxlanılıb.


