Salyan rayonunda baş verən ağır qəzada xəsarət alanların kimliyi məlum olub.
Xüsusi.tv xəbər verir ki, hadisə nəticəsində Neftçala rayon sakinləri – 1954-cü il təvəllüdlü Atakişi Hüseynov, 1957-ci il təvəllüdlü Mələysuma Hüseynova, 1981-ci il təvəllüdlü Günel Məlikova və Salyan rayon sakini, 2004-cü il təvəllüdlü Nurlan Məmmədov xəsarət alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.




