Bu il neftin orta qiyməti 92.8 dollar olacaq: AMB-nin gözləntisi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il neftin bir barelinin orta qiymətinin 92.8 ABŞ dolları olacağını proqnozlaşdırır.

Xüsusi.tv  “Report”a istinadla xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, gələn il üçün isə 1 barel neftin orta qiymətinin 82.8 dollar təşkil edəcəyi gözlənilir.