Keşlədəki su xətti problemi həll olundu

Keşlə qəsəbəsində magistral su xəttindəki problem həll edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, İri Şəhərlərin Su Təchizatından (İŞST) məlumat verilib.

Qeyd olunub ki, sözügedən ünvanda içməli su xəttində qəzanın baş verməsi ilə bağlı məlumat rayon sukanal idarəsinə daxil olan kimi əraziyə dərhal briqada cəlb edilib:

“İki gün öncə xətdə təmir və bərpa işləri görülüb və şəbəkənin fəaliyyəti bərpa edilib. Su xəttindəki axıntının 1 ildir davam etməsi ittihamı və iddiası kökündən yanlışdır. Qəza hadisəsi 27 oktyabrda baş verib, bu barədə məlumat elə həmin gün sukanal idarəsinə daxil olan kimi əraziyə briqada cəlb edilib və qəza aradan qaldırılaraq şəbəkənin fəaliyyəti bərpa edilib”