Ağstafada bir ailənin üç üzvü zəhərlənib

Ağstafada 3 nəfər qidadan zəhərlənib.

Oxu.Az-ın məlumatına görə, həmin rayon sakinləri Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onların qidadan zəhərləndiyi bildirilir.

Qeyd edək ki, zərərçəkənlər bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.