Tv rəhbəri həbs edildi

Xüsusi.tv xəbər verir ki, “Səda TV”nin rəhbəri Elnur Şükürov barəsində edilən şikayət əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 221.2-ci (ağırlaşdırıcı hallarda xuliqanlıq) və 188.1-ci (torpaq sahəsinin qanunsuz zəbt edilməsi) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Elnur Şükürov bir neçə il əvvəl rüşvət alma və dələduzluq ittihamları ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən il azadlığa çıxıb.