Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xüsusi.tv xəbər verir ki, hadisə rayonun Yalama kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mitsubishi” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Asim Muradxanov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.



