Xaçmazda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Xüsusi.tv-nin sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz-Yalama yolunda baş verən qəzada xəsarət alan 3 nəfər (kişi) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
1992-ci il təvəllüdlü şəxs yazılı iltizamnamə əsasında stasionar tibbi xidmətdən imtina edib.
Xəsarət alan digər iki şəxsə isə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”.


