Bakıda 17 yaşlı oğlan bıçaqlanıb?

Bakıda 17 yaşlı oğlanın xəsarət almasının səbəbi məlum olub.

Xüsusi.tv əldə etdiyi məlumata görə, hadisə dünən gecə saatlarında baş verib.

2009-cu il təvəllüdlü Amin Ələkbərov şüşənin üzərinə yıxılıb. O, hadisə nəticəsində qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Yaralı dərhal xəstəxanaya gətirilərək əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.