Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2010-cu il təvəllüdlü Rəvan Abbaszadənin son durumu açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, o, noyabrın 17-si 23:40-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Ona müştərək travma, ağır kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi, qarının küt travması və daxili qanaxma diaqnozları təyin edilib.
İnstrumental diaqnostik və laborator müayinələr aparıldıqdan sonra pasiyentin müalicəsi Anesteziologiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Hazırda vəziyyəti ağır qiymətləndirilir”




