Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu 

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatında qızıl medal qazanıb. Bilalhəbaşi Nəzərovun (50 kq) ardınca Nicat Alırzayev (70 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xüsusi.tv xəbər verir ki, o, finalda Zviad Tçotçua (Gürcüstan) ilə döyüşüb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz Avropa çempionu olub.

Beləliklə, Azərbaycan millisi 39 ölkədən 276 idmançının qatıldığı qitə çempionatını 4 medalla başa vurub. Bilalhəbaşi Nəzərovla (50 kq) Nicat Alırzayev (70 kq) qızıl, Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) bürünc mükafat qazanıblar.