Azərbaycanda qanunsuz mərc oyunları qadağandır və buna görə pul vəsaiti və inzibati cəza tədbirləri müəyyən edilib.
Azərbaycan Respublikasının Konstitusiyasının 401.5 maddəsinə görə qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir.
“Azərbaycan Reallığı” xəbər verir ki, Buna baxmayaraq hələ də ölkəmizdə qanunsuz mərc oyunları təşkil edən şəxslər meydan sulayır. Qanunsuz mərc oyunlarına görə dəfələrlə cəza tədbiri görülməsinə baxmayaraq bəzi dələduzlar açıq-aşkar mərc oyunları təşkil etməklə qanunları pozmağa davam edir.
Bu qanunsuz mərc oyunlarından biri də “GOLD KAZİNO” adlanan internet mərc şəbəkəsidir. Digər qanunsuz mərc oyunları saytları kimi bu şəbəkə də vətəndaşlara yüksək uduşlar vəd edərək şirnikləşdirir, vətəndaşlar da bu vədlərə inanıb yüksək məbləğdə vəsaitlər şirkətin balansına köçürərək oynayırlar. Vətəndaşlar uduş qazandıqları təqdirdə isə uduşları verilmir, bəzən hesabları heç bir xəbərdarlıq edilmədən bloklanır.
