Gürcüstanın paytaxtı Tbilisi növbəti dəfə sosial şəbəkələrdə müzakirələrin mərkəzinə çevrilən olayla gündəmə gəlib. Yerli restoranların birində keçirilən gecə məclisində azərbaycanlı müğənni Şəbnəm Tovuzlu səhnədə ifa edərkən onun üzərinə yüzlərlə ABŞ dolları səpən şəxslər artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisənin görüntüləri bir neçə gün öncə sosial mediada sürətlə yayılmış, izləyicilər arasında mübahisələr doğurmuşdu. İctimai qınağın artmasından sonra Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Xüsusi.Tv-nin əldə etdiyi məlumatlara görə, səhnədə pul səpən 3 nəfər – Gürcüstan vətəndaşları ilə yanaşı, iki azərbaycanlı biznesmen də saxlanılıb. Onlara qarşı “ictimai etikaya zidd davranış”, “qanunsuz valyuta əməliyyatı” və “əxlaq normalarına zidd açıq-aşkar təbliğat” maddələri ilə cinayət işi açılıb.
Həbs edilənlərin kimliyi bəlli oldu
Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslərdən biri Gürcüstanda fəaliyyət göstərən tanınmış şadlıq evinin sahibi, digəri isə regionda inşaat sektoru üzrə tanınan bir iş adamıdır. Hər ikisinin azərbaycanlı olduğu bildirilir. Məhkəmə prosesinə qədər onların barəsində 15 günlük həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Tovuzlu dindirilib
Hadisənin əsas fiqurlarından biri olan Şəbnəm Tovuzlu da dindirilmək üçün Gürcüstan polis idarəsinə dəvət olunub. O, verdiyi açıqlamada:
“Bu mənim sənət fəaliyyətim çərçivəsində bir çıxış idi. Tamaşaçının davranışına görə mən məsuliyyət daşımıram,” – deyib.
Müğənninin hüquqi məsuliyyətə cəlb olunub-olunmayacağı isə hələ dəqiqləşdirilməyib.
Sosial şəbəkələrdə reaksiya
İctimaiyyətin reaksiyası isə birmənalı deyil. Bəzi şəxslər bu hadisəni “şou-biznesin bir parçası” adlandırsa da, digərləri bu cür davranışların ictimai əxlaqı pozduğunu və qardaş ölkədəki azərbaycanlıların imicinə zərbə vurduğunu qeyd edirlər.
Xüsusi.Tv olaraq bu qalmaqallı olayın detalları ilə sizi davamlı olaraq məlumatlandıracağıq.
🛑 Rəsmi qurumlardan eksklüziv məlumatlar üçün bizi izləyin.
Həbs olunma görüntülərini izləyin👇