DİN və DSX-dən birgə əməliyyat: Saxlanılan var – FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.

Bu barədə “Xüsusi.Tv”-yə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib.

O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir