Azərbaycanın son illərdə beynəlxalq müstəvidə qazandığı nüfuz və möhkəmlənən siyasi mövqeyi strateji düşüncəyə əsaslanan sistemli dövlət siyasətinin və kompleks təhlükəsizlik yanaşmasının nəticəsidir. Bu uğurların təməlində qarşılıqlı vəhdət təşkil edən iki əsas sütun dayanır: milli maraqlara söykənən uzaqgörən siyasi liderlik və güclü, peşəkar ordu…
44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər təkcə hərbi qələbə kimi deyil, həm də Azərbaycanın diplomatik qətiyyətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin və strateji balanslaşdırma siyasətinin real nəticəsi kimi qiymətləndirilməlidir. Bu müharibə göstərdi ki, güclü və texnoloji cəhətdən təchiz olunmuş ordu, siyasi iradə və milli birliyə söykənən rəhbərlik modeli ilə birləşdikdə dövlət suverenliyini təmin etməklə yanaşı, regional güc mərkəzinə çevrilə bilər.
Azərbaycanın Silahlı Qüvvələri bu qədər hazırlıqlı, manevr qabiliyyətli və peşəkar olmasaydı, ölkənin diplomatik təşəbbüsləri və siyasi mövqeyi də bu qədər sarsılmaz olmazdı. Eyni zamanda milli maraqlara və beynəlxalq legitimliyə əsaslanan siyasi kursun olmadığı şəraitdə bu cür effektiv və qalib ordu modeli qurula bilməzdi.
Siyasi iradə və güclü ordu Azərbaycanın rolunu möhkəmləndirir