Azərbaycana gətirilən avtomobillərdə kilometraj saxtakarlığı – Alıcılar necə aldadılır?

16 Baxışlar
1 Min oxuyun

Azərbaycanda xaricdən sifarişlə gətirilən avtomobillərin bəzilərində kilometraj göstəriciləri bilərəkdən azaldılır. Bu, avtomobilin bazar qiymətini süni şəkildə yüksəltmək üçün edilir.

Xüsusi.Tv xəbər verir ki, avtomobil ustası Vüsal Mehdiyev bu məsələyə diqqət çəkərək bildirib ki, yürüşün çox olması maşının uzun müddət istifadədə olduğunu göstərir. Bu isə potensial texniki problemlərə səbəb ola bilər və nəticədə avtomobilin qiymətinə təsir edir.

Satıcılar bunu bildikləri üçün bəzi hallarda kilometraj göstəricisini geri çəkməklə avtomobili daha az istifadə olunmuş kimi təqdim edirlər.

Mütəxəssisin sözlərinə görə, kilometrajın dəyişdirilib-dəyişdirilmədiyini avtomobil ölkəyə daxil olmamışdan öncə müəyyən etmək demək olar ki, mümkün deyil. Yalnız təcrübəli ustanın aparacağı texniki baxış zamanı bu cür saxtakarlıq üzə çıxa bilər.

Qanunvericilik isə bu cür halları istehlakçının aldadılması kimi qiymətləndirir. Əgər aldatma nəticəsində maddi zərər 40-500 manat arasındadırsa, təqsirkar şəxs 3.000 – 5.000 manat cərimələnə və ya ictimai işlərə cəlb oluna bilər. Zərər 500 manatı keçərsə, 5.000 – 7.000 manat arası cərimə və ya 6 aya qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Bu məqaləni paylaşın