Bakıda təhlükə səssizcə yüksəlir – “Nərimanov”da tikinti sahəsində qaydalar pozulur – VİDEO

19 Baxışlar
1 Min oxuyun

Paytaxtın Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində inşa edilən hündürmərtəbəli binalardan birində müşahidə olunan vəziyyət ciddi narahatlıq doğurur.

Redaksiyamıza daxil olan məlumata əsasən, ərazidə aparılan tikinti işləri zamanı əmək təhlükəsizliyi qaydalarına açıq şəkildə əməl olunmur.

Ən diqqətçəkən məqam isə odur ki, tikintini həyata keçirən şirkət barədə ərazidə heç bir məlumat lövhəsi yerləşdirilməyib. Bu cür şəffaflıqdan uzaq yanaşma həm hüquqi baxımdan ciddi pozuntu, həm də ictimai narahatlıq doğuran amildir. Tikinti ərazisində fəaliyyət göstərən işçilər təhlükəsizlik dəbilqəsi, qoruyucu geyim və lazımi avadanlıqdan istifadə etmədən işləyirlər. Bu isə istənilən an faciəvi nəticəyə gətirib çıxara bilər.

Əraziyə yaxın yaşayan sakinlər bildirirlər ki, tikinti prosesində yol verilən məsuliyyətsizlik artıq adi hala çevrilib.

İctimaiyyətin haqlı sualı isə budur: aidiyyəti qurumlar hara baxır? Tikinti sahəsində təhlükəsizlik tədbirləri gözlənilmədikdə, məsuliyyət daşımalı olan orqanların vaxtında müdaxilə etməsi vacibdir. Lakin görünən odur ki, bu cür hallara ya laqeyd yanaşılır, ya da ümumiyyətlə nəzarət yoxdur.

Patrulaz.az olaraq məsələnin ictimai diqqətdə saxlanması üçün mövzuya qayıdacağıq və aidiyyəti qurumların bu barədə mövqeyini öyrənməyə çalışacağıq.

https://t.me/patrulaznews/129

Bu məqaləni paylaşın