Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 oktyabr 2006-cı il tarixli qərarını ləğv edib.
“Xüsusi.tv” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.