Sosial şəbəkələrdə “kokolingeriebaku” adı ilə fəaliyyət göstərən və qadın iç geyimlərinin satışı ilə məşğul olan mağaza, əxlaqsızlığın açıq şəkildə təbliğinə yol açmaqda ittiham olunur. Xüsusi.Tv olaraq sosial şəbəkələrdə milli-mənəvi dəyərləri tapdalayan bu cür hallarla bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmışıq və bu dəfə də məsələnin ciddiliyini ictimai müzakirəyə çıxarırıq.Sözügedən mağaza guya məhsullarının reklamı adı altında əxlaqa zidd görüntülər paylaşaraq cəmiyyətə zərərli mesajlar ötürür. Pul qarşılığında “model” adı altında fəaliyyət göstərən bəzi şəxslər – xüsusilə də Samira Abbasova kimi adlar – sosial şəbəkələrdə bu cür iyrənc və təxribat xarakterli görüntülərlə gündəmi zəbt edirlər.Bu vəziyyət təkcə yetkin insanlar üçün deyil, sosial şəbəkələrdən istifadə edən azyaşlı uşaqlar üçün də ciddi təhlükə mənbəyidir. Cəmiyyətin gözləri önündə əxlaqsızlığın açıq təbliği, gələcək nəsillərin mənəvi inkişafına ciddi zərbə vurur.Azərbaycan hər zaman milli-mənəvi dəyərlərinə sadiq mövqeyi ilə seçilib. Bu dəyərləri çeynəyərək “sahibkarlıq” adı altında əxlaqsızlığı reklam edənlərə qarşı aidiyyəti qurumların dərhal tədbir görməsi zəruridir.Xüsusi.Tv olaraq inanırıq ki, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları bu cür hallara hüquqi qiymət verəcək, adıçəkilən mağaza sahibləri və onları dəstəkləyən şəxslərlə bağlı qanun çərçivəsində tədbirlər görüləcəkdir.

https://www.instagram.com/reel/DLTcYnlIcrN/?igsh=M3FlcW1oeW91ODFq