Lənkəran şəhəri M.Ə.Rəsulzadə küçəsində “Qala Towers” MTK tərəfindən inşa edilən hündürmərtəbəli binada təhlükəsizlik qaydaları ciddi şəkildə pozulur.
Xüsusi.Tv xəbər verir ki, Patrulaz.az-ın əməkdaşları tərəfindən yerində qeydə alınan görüntülərdə açıq şəkildə görünür ki, tikinti sahəsində çalışan usta və fəhlələr heç bir mühafizə vasitəsi olmadan fəaliyyət göstərirlər.Araşdırma zamanı məlum olub ki, inşaatçılar nə qoruyucu dəbilqə, nə təhlükəsizlik kəməri, nə də digər zəruri vasitələrdən istifadə edirlər. Sahədə xəbərdarlıq lövhələrinin və təhlükə nişanlarının olmaması isə vəziyyəti daha da təhlükəli edir. Belə şəraitdə çalışan insanların həyatı hər an risk altındadır.Bəs görəsən bu məsuliyyətsizliyə niyə göz yumulur? Tikinti sahəsində baş verə biləcək hər hansı bir bədbəxt hadisənin qarşısını almaq üçün niyə zəruri tədbirlər görülmür?İnsan həyatı bu qədərmi ucuzlaşıb? Bu cür halların baş verməsi və davam etməsi isə cəmiyyətdə haqlı narazılıq doğurur.
Xüsusi.Tv olaraq məsələni diqqətdə saxlayacağıq.