Novxanıda yerləşən “La Chateau” restoranı ilə bağlı qalmaqallı şikayət – Müştəri: “Əlacı olsa, boşqabı başımıza çırpardı!”
Xüsusi.Tv xəbər verir ki, sosial şəbəkələrdə “Müştəriyəm Şikayətim Var” qrupunda yayımlanan paylaşım ictimai rezonansa səbəb olub. İstifadəçi Sevinc İbrahimova ad günü tədbirini keçirdikləri “La Chateau” restoranında yaşadığı xoşagəlməz vəziyyət barədə açıq narazılığını ifadə edib.
İddialara görə, restorana yeni daxil olduqları anda ofisiant açıq şəkildə pul tələb edib. Müştəri bildirib ki, həyat yoldaşı 10 manat verdikdən sonra belə, xidmətin səviyyəsində heç bir dəyişiklik olmayıb:
“Yeməklər keyfiyyətsiz idi. Şah plova od qiyməti yazmışdılar, amma içində sadəcə düyü, bir-iki ət parçası… dadı duzsuz, görüntüsü ürəkaçan deyildi. Heç kim yemədi. Sonda isə istədiyimiz çay-su belə gətirilmədi.”
Şikayətçi iddia edir ki, ofisiant müştərilərə qarşı kobud davranıb, sifət edərək stolu yığışdırıb və sanki narazılığını açıq şəkildə göstərib:
“Əlacı olsa, boşqabı başımıza çırpardı…”
Ən maraqlı məqam isə budur ki, bu cür xidmətin sonunda məcburi 10% xidmət haqqı da alınıb. Müştəri haqlı olaraq sual edir:
“Bu xidmət haqqı hara gedir? Niyə müştəri həm pis xidmət alır, həm də əlavə pul ödəməli olur?”
Hazırda restoranla bağlı sosial şəbəkələrdə tənqidlər artır. Xüsusi.Tv olaraq məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. “La Chateau” restoranının rəhbərliyi istəsə, cavab haqqı tanınacaq.
İzləmədə qalın…