“Xüsusi.Tv”yə daxil olan məlumata görə, ərazidə iki cavan ağac kökündən çıxarılıb,digər irigövdəli ağacları qırılıb . Həmin sahədə obyekt tikintisinə başlanılacaq. Məlumatlara görə, ərazidə digər ağacların kəsilməsi planlaşdırılır.
Bu hal sakinləri narahat edir. Ağacların bu şəkildə məhv edilməsi sakinlər tərəfindən “yaşıl te**or” kimi qiymətləndirilir. Onlar hesab edirlər ki, şəhər mühitinin və ekosistemin qorunması üçün belə hallara qarşı sərt tədbirlər görülməlidir.
Ərazidə hansı şirkət və şəxs tərəfindən işlərin aparılması araşdırılır.
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən heç bir açıqlama almaq mümkün olmadı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ərazi barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətində araşdırma aparılır.
Qurumların mövqeyini dərc etməyə hazırıq.