Rusiya dost olmayan ölkələrin rabitə xidmətlərindən istifadəyə məhdudiyyətlər tətbiq edə bilər.
“Xüsusi.Tv” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin işgüzar dairələrin nümayəndələri ilə görüşündən sonra verdiyi göstərişdə deyilir.O, Rusiya hökumətinə “dost olmayan xarici dövlətlərdə istehsal olunan proqram təminatının (o cümlədən rabitə xidmətlərinin) Rusiyada istifadəsinə əlavə məhdudiyyətlərin tətbiqi ilə bağlı təkliflər təqdim etməyi” tapşırıb.
Xüsusilə, rabitə və məlumat mübadiləsi üçün istifadə olunan xarici proqramların fəaliyyətinin məhdudlaşdırılmasının mümkün yollarının nəzərdən keçirilməsi, həmçinin bu sahədə daxili inkişafların dəstəklənməsi mexanizmlərinin təklif edilməsi bildirilir.Belə ki, Rusiya hökuməti 2025-ci il sentyabrın 1-dək təkliflər hazırlamalıdır.Məhdudiyyətlər digərləri ilə yanaşı, vatsap və teleqrama da təsir edə bilər.