Rusiyanın “Əl İşi” FOTO !

1 Görünüş
1 Min oxuyun

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi keçirilir.

“Xüsusi.Tv”nin məlumatına görə, məhkəməyə gətirilən və barəsində həbs-qətimkan tədbiri seçilən Ayaz Səfərov şiddətli döyüldüyünü bildirib.

İşgəncə izləri Səfərovun üzündə açıq-aydın görünür.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə keçirilən xüsusi əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də var. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

Onlar saxlanılan zaman vəhşicəsinə döyüldüyünü, elektrik cərəyanına verildiyini bildirib.

Bu məqaləni paylaşın