Sənədsiz Fəaliyyət İddiası: Stomatoloji Klinikanın Rəhbəri Polisə Aparıldı

29 Baxışlar
1 Min oxuyun

Bu gün Yasamal rayonunda yerləşən stomatoloji klinikada hüquq-mühafizə orqanları tərəfindən gözlənilməz yoxlama həyata keçirilib.Xüsusi.Tv xəbər verir ki, 28-ci Polis Bölməsi əməkdaşları saat 16:00 radələrində klinikada araşdırma aparıb. Yoxlama zamanı bir neçə nöqsan və sənəd uyğunsuzluğu aşkarlanıb.Hadisə yerində olan Xüsusi.Tv xəbər portalının baş redaktoru qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları klinikanın rəhbərliyini post-patrul avtomobilində saxlayaraq bölməyə aparıblar.Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Klinikada aşkarlanan pozuntuların detalları və hüquqi qiymətləndirilməsi gözlənilir.Qeyd edək ki, bu klinika sosial şəbəkələrdə “Stomatoloq.Mehemmed” adı ilə tanınan şəxsin fəaliyyəti ilə əlaqələndirilir və daha öncə sənədsiz stomatoloji fəaliyyət iddiaları ilə gündəmə gəlmişdi.Xüsusi.Tv olaraq məsələni diqqətdə saxlayırıq və rəsmi açıqlama verildiyi halda xəbəri yeniləyəcəyik.Qarşı tərəfi dinləməyə və mövqeyini işıqlandırmağa tam hazırıq.

Bu məqaləni paylaşın