Müğənni Şəbnəm Tovuzlu Türkiyə tətilinə davam edir.
Xüsusi.Tv xəbər verir ki, ifaçı istirahət üçün Türkiyənin məşhur turizm bölgələrini seçib.Antalyada bir neçə gün istirahət etdikdən sonra o, səfərini İstanbulda davam etdirib.

Sənətçi İstanbulda çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb.
O, fotolara “Səninlə olduğum yer mənə cənnət sayılır” şərhini yazıb.Qeyd edək ki, Şəbnəm Tovuzlu Türkiyəyə oğlu Əli ilə yollanıb.
