Xüsusi.Tv-yə daxil olan məlumata əsasən, Statistika dairəsi ərazisində 77-VF-819 dövlət qeydiyyat nişanlı Mercedes markalı iri yük avtomobili təhlükəli və məsuliyyətsiz sürücülük nümayiş etdirib.Şahidlərin sözlərinə görə, yük maşını sürücüsü Bakı şəhərinin Statistika dairəsi ərazisində digər avtomobillərin qarşısına çıxaraq qəza şəraiti yaradıb, yol hərəkəti qaydalarına məhəl qoymayıb. Sürücünün bu davranışı, ərazidə hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri üçün ciddi təhlükə mənbəyi olub.Hadisə zamanı avtomobilində ünvandan-ünvana ailə aparan sürücüsünün “get, işinlə məşğul ol” xəbərdarlığına qarşı “Mercedes” sürücüsü aqressiv şəkildə avtomobildən düşərək yolun ortasında sanki fiziki qarşıdurma yaradacaqmış kimi davranış sərgiləyib. Sürücü təkcə qaydaları pozmaqla kifayətlənməyib, həm də özünü haqlı göstərməyə çalışaraq ətrafdakılara qarşı kobudluq edib.Bu cür davranışın nəqliyyat axınına və ictimai asayişə ciddi təhlükə yaratdığı vurğulanır. Şahidlər inanır ki, Daxili İşlər Nazirliyi məsələ ilə dərhal maraqlanacaq və qanunamüvafiq tədbirlər görüləcək.Xüsusi.Tv olaraq məsələni izləyirik. Gələcəkdə DİN-in açıqlaması və ya hüquqi tədbirlər haqqında məlumatları təqdim edəcəyik.

