Yekaterinburqda törədilmiş qətllərə görə təqsirləndirilən soydaşlarımız – Əziz Abbasov və Bəkir Səfərovun nümayəndələri müdafiə etdikləri şəxslərin həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti veriblər.
Xüsusi.Tv -nin xəbərinə görə, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, səkkiz təqsirləndirilən soydaşımızdan yeddisi həbsdən apellyasiya şikayəti verib.
Rusiyanın Yekaterinburq şəhərində daha əvvəlki illərdə baş vermiş qətl hadisəsi ilə bağlı saxlanılan soydaşımız Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti verib.
Xüsusi.Tv TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəməsi məlumat yayıb.
Xatırladaq ki, iyunun 28-də Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsi 2000-ci illərin əvvəllərində Yekaterinburqda törədilmiş bir sıra qətllərdə iştirak edən qrupun fəaliyyətinin qarşısının alınması barədə məlumat yayıb. Səkkiz təqsirləndirilən şəxs nəzarət altına alınıb.