Zaqatalada Meşə Qırıntıları – Yerli Qurumlar Nə Üçün Susur? – ARAŞDIRMA

386 Baxışlar
1 Min oxuyun

Zaqatala rayonunun Muğanlı meşəbəyliyi ərazisində meşələrin qanunsuz qırılması ilə bağlı acınacaqlı vəziyyət hökm sürür.

“Xüsusi.Tv” – “Newsinfo.az”-a istinadən xəbər verir ki, 27 iyun 2025-ci il tarixində ərazidə monitorinq aparan əməkdaşlarımız yeni qırıntı izlərini, gizlədilmiş ağac kötüklərini və digər qanunsuzluqları aşkarlayıblar. Əldə etdiyimiz bəzi foto-faktlar vəziyyətin nə dərəcədə ciddi olduğunu sübut edir.

Məsələ ilə bağlı “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”nin əməkdaşları ilə əlaqə saxlamağa cəhd göstərsək də, bu mümkün olmayıb. Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara görə, meşədən çıxarılan ağaclar bölgədəki taxta sexlərinə satılır və kömür istehsalı üçün mədənlərə daşınır.

Bu halda ortaya sual çıxır: nə üçün yerli qurumlar bu vəziyyətə göz yumur?

Araşdırmalarımız göstərir ki, meşəbəyiliyə cavabdeh şəxs Yusif adlı bir şəxsdir. Lakin onun yalnız meşə təsərrüfatı ilə məşğul olmadığı, həm də rayon üzrə restoran sahibkarlığı fəaliyyəti ilə məşğul olduğu məlum olub.Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yeni faktlar üzə çıxdıqca ictimaiyyətə təqdim olunacaq.

Diqqət : Xəbəri istifadə edərkən müəllif hüquqlarını qoruyun və istinad qaydalarını pozmayın ‼️

🔎 Mövzunu diqqətdə saxlayırıq.

Qeyd: Məsələ ilə bağlı rəsmi qurumların açıqlamasını dərc etməyə hazırıq.

Bu məqaləni paylaşın