Elnur Allahverdiyevin “Kontakt Home”u müştərini aldadır? – “Alman brendi” adı ilə…

Azərbaycanda fəaliyyət göstərən Kontakt Home mağazalar şəbəkəsi ilə bağlı ciddi iddialar səsləndirilib. Mingəçevir şəhər sakini Elçin Həsənzadə aldığı məhsulun təqdim edildiyi kimi olmadığını bildirərək aidiyyəti qurumlara müraciət edib.

Xüsusi.Tv “Real Azərbaycan”a istinadən xəbər verir ki,  vətəndaş şikayətini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ünvanlayıb.

Şikayətçi bildirir ki, 2025-ci il martın 9-da “Kontakt Home”dan “Hoffmann” markalı mobil telefon və televizor alıb. Məhsullar kredit şərti ilə təqdim olunub və vətəndaş artıq 11 aydır aylıq ödəniş etdiyini qeyd edir.

Onun sözlərinə görə, alış zamanı məhsul “Alman brendi” kimi təqdim edilib. Lakin televizorun menyusuna daxil olduqdan sonra məhsulun Çin istehsalı olduğu üzə çıxıb: “Məhsulu aldıqdan sonra gördüm ki, bu televizor Çin istehsalıdır, amma mənə Almaniya brendi kimi satılıb. “Hoffmann” markasına güvəndiyim üçün almışdım.”

Elçin Həsənzadə iddia edir ki, “Hoffmann” adı ilə satılan məhsulların beynəlxalq bazarda mövcudluğuna dair heç bir ciddi iz tapmaq mümkün deyil. Onun sözlərinə görə, bu brendə dair məlumatlar əsasən yalnız Azərbaycan

Xarici bazarlarda satışına rast gəlinmir

Rəsmi ünvan və əlaqə vasitələri qeyri-müəyyəndir

Məhsullar əsasən bir veb-sayt üzərindən təqdim olunur

Bu isə vətəndaşda belə bir şübhə yaradıb ki, sözügedən məhsullar yalnız yerli bazar üçün hazırlanıb və fərqli şəkildə təqdim edilir.

Şikayətçi məsələ ilə bağlı “Kontakt Home”a sorğu ünvanladığını, lakin heç bir cavab ala bilmədiyini də vurğulayıb. Qeyd olunur ki, mağazalar şəbəkəsi ABC-TELECOM MMC-yə məxsusdur.

Vətəndaş aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, iddiaların hüquqi qiymət almasını və ona dəyən 400 manat ziyanın ödənilməsini tələb edir.

Səsləndirilən iddialar təsdiqini tapacağı halda, bu hal istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi və “Kontakt Home”un açıqlaması isə hələlik açıqlanmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xüsusi.Tv xatırladır ki, Kontakt Home mağazalar şəbəkəsinin sahibi sabiq millət vəkili Elnur Allahverdiyev mətbuatda bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. O, 2020-ci ilin mart ayından etibarən sahibkarlıq fəaliyyətini dayandırdığını bildirsə də, son zamanlar onun yenidən biznes fəaliyyətinə qayıtdığı barədə məlumatlar yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir