Bu gün İmişli və Saatlı rayonlarının bir sıra kəndlərinin qaz təchizatında fasilə yaranıb.
Xüsusi.tv xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərinin, Saatlı rayonunun Naharlı və Məzrəli kəndlərinin qaz təchizatı dayandırılıb.





