Qara dənizdə GƏRGİNLİK – 140 min ton neft daşıyan tankerə dron hücumu?
Xüsusi.Tv xəbər verir ki, Türkiyəyə məxsus “Altura” adlı neft tankeri Qara dənizdə dron zərbəsinə məruz qalıb.
Türkiyə KİV-lərinin yaydığı məlumatlara görə, 140 min ton xam neft daşıyan gəmidə hadisə zamanı partlayış qeydə alınıb. Bildirilir ki, insident gəmidə müəyyən gərginlik yaradıb.
İlkin məlumatlara əsasən, tankerdə olan 27 nəfərin sağlamlıq vəziyyəti yaxşıdır və xəsarət alan yoxdur.
Qeyd olunur ki, “Altura” tankeri Rusiyanın Novorossiysk şəhərindən Türkiyə istiqamətində hərəkət edirmiş.
Hadisə ilə bağlı rəsmi qurumların geniş açıqlaması gözlənilir.




