Rusiyada iPhone sahibləri Apple ID balansını mobil hesabdan artıra bilməyəcəklər

Rusiyada 1 aprel tarixindən etibarən iPhone sahibləri artıq Apple ID balanslarını mobil hesablarından artıra bilməyəcəklər. 

Xüsusi.Tv-nin Moskva bürosu xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Bildirilib ki, “böyük dördlük-MTS, Beeline, Megafon və T2” mobil operatorları Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən bu seçimi deaktiv etmək üçün təlimat alıblar. 

Səbəb kimi isə VPN xidmətləri üçün ödənişlərin qarşısını almaq zərurəti göstərilib.