Bakı Konqres Mərkəzi “Ramma” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.
Xüsusi.Tv-nin məlumatına görə, müqavilədə xidməti minik avtomobillərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 2 639 070 manatdır.
Mərkəz bu məbləğə D seqmenti (orta sinif) üzrə 21, E seqmenti (üst orta sinif) üzrə isə 15 ədəd sedan tipli xidməti minik avtomobili almağı planlaşdırır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Ramma” QSC 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Tahir Məmmədovdur.
“Ramma” QSC-nin internet səhifəsində şirkətin ağır texnika satışı ilə məbğuldur. Şirkət Develon, Shacman, Shantui, Lovol və Solis kimi brendlərin Azərbaycandakı rəsmi distribütorudur.
Tahir Məmmədov haqqında isə heç bir məlumat yoxdur.




