“Tempo Baku” restoranındakı insidentlə bağlı açıqlama: Hadisənin obyektə heç bir aidiyyəti yoxdur

Bakıda baş vermiş insidentlə bağlı açıqlama

Nərimanov rayonu ərazisində yerləşən Tempo Baku restoranının qarşısında baş vermiş hadisə ilə bağlı bəzi media orqanlarında yayılan məlumatlara aydınlıq gətiririk.

Bildiririk ki, sözügedən insident restoranın daxilində deyil, obyektin qarşısında, ictimai ərazidə baş verib. Hadisədə iştirak edən şəxslərin restoranla və ya onun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Bununla bağlı səlahiyyətli nümayəndə Ümid Kərimbəyli tərəfindən də bildirilib ki, baş verənlərin restoranın fəaliyyəti ilə əlaqələndirilməsi düzgün deyil.

İctimaiyyətdən və media nümayəndələrindən xahiş edirik ki, məsələ ilə bağlı məlumatları dəqiqləşdirərək yaysınlar və restoranın adının əsassız şəkildə hallandırılmamasına diqqət yetirsinlər.