“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2026-cı ilin on ayında məişət zorakılığı ilə bağlı 499 müraciət daxil olub”.
Xüsusi.tv xəbər verir ki, bunu “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda komitə sədri Bahar Muradova qeyd edib.
O bildirib ki, 116111 – Qadın və uşaq dəstək xəttinə daxil olan müraciətlərin 649-u bu problemlə bağlıdır:
“Baş Prokurorluğun məlumatına əsasən, cari ilin doqquz ayında məişət zorakılığı ilə bağlı cinayət hadisələri üzrə 931 qadın zərərçəkmiş kimi qeydə alınıb. Onlardan 906-sı xəsarət alıb, 23-ü həyatını itirib.
Bu göstəricilər yalnız statistika olmayıb. Müdafiəyə ehtiyacı olan insanların, vaxtında müdaxilə edilmədikdə ağır nəticələrlə üzləşə biləcək ailələrin və uşaqların mövcudluğunu bizə xatırladır.
Hər bir müraciətin arxasında insan taleyi dayanır. Bizim fəaliyyətimizin nəticəsi həmin insanların təhlükəsizliyinin, hüquqlarının bərpasının və gələcəyə inamının təmin edilməsində ifadə olunmalıdır”.
Müraciət edənlərdən 85-i kişi, 23-ü uşaqdır.





