İsmayıllıda avtomobil qəzası olub, 2 nəfər ölüb, 6-sı xəsarət alıb

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 6 nəfər xəsarət alıb.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, qəzada ölənlərdən biri 1966-cı il təvəllüdlü Elina Məmmədova, digəri isə 2026 cı il təvəllüdlü körpədir (oğlan).

Qəzada xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir