İmişlidə toy yasa qarışdı

İmişli rayonunda şadlıq evində ölüm hadisəsi baş verib.

Hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Rayonun Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı toyda olarkən ürək çatışmazlığından qəfil ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir