Lənkəranda qeyri-adi ördək: Tənha sahibinin yanından ayrılmır – VİDEO

Lənkəran rayonunun Nərimanabad-2 qəsəbəsində qeyri-adi hadisə baş verib.

Belə ki, ördək balası sahibindən ayrılmır və günün demək olar ki, bütün saatlarında onunla birlikdə hərəkət edir.

Ördəyin sahibi Rahil Vəliyev bildirib ki, balanı yumurtadan çıxdıqdan sonra evə gətirib və həmin andan etibarən ondan ayrı qalanda narahat olur:”Mağazaya gedirəm, o da gəlir. Məndən əl çəkmir. Yuxarı çıxıram, həyətdə o qədər səs çıxarır ki, axırda düşürəm aşağı. Görürəm ki, yanıma gəlir”.

Sakinlər belə hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyirlər. Ördəyin sahibindən ayrılmadığını və onun ardınca hər yerə getdiyini bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir