Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Surb Qriqor Lusavoriç” xəstəxanasından çıxarılaraq “İrəvan-Kentron” cəzaçəkmə müəssisəsinə köçürülüb.
“”xüsusi.tv” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Daha əvvəl Koçaryan məhkəmə zalından birbaşa həmin klinikaya aparılaraq orada tibbi baxışdan keçirilmişdi.
Qeyd edək ki, bu gün səhər saatlarında məhkəmənin qərarı ilə Ermənistanın sabiq prezidenti barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.



