Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub.

Bu barədə “Xüsusi.tv”ə ƏƏSMN-dən məlumat verilib.

Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüşdə işğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində işəgötürənlərlə birgə həyata keçiriləcək tədbirlər müzakirə olunub. Həmçinin ixtisaslı mütəxəssislərin həmin ərazilərə cəlb edilməsi məqsədilə işəgötürənlər üçün nəzərdə tutulan güzəşt və imtiyazlar barədə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir