Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir

15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.

AFFA-dan “Report”a verilən məlumata görə, mundiala hazırlıq çərçivəsində 2011-ci il təvəllüdlü futbolçuların növbəti təlim-məşq toplanışı baş tutacaq.

Toplanış sentyabrın 8-9-da və 12-14-də Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək.

Hazırlıq prosesində futbolçuların seçimi davam etdiriləcək və dünya çempionatında iştirak edəcək yekun heyət müəyyənləşdiriləcək.

Toplanışa dəvət olunan 25 futbolçudan 14-ü dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Bununla yanaşı, U-15 milli komandasında 2012-ci il təvəllüdlü futbolçular arasında da seleksiya prosesi davam etdirilir. Bu yaş qrupundan ibarət yığma oktyabrın 20-dən 26-dək Maltada keçiriləcək UEFA İnkişaf Turnirinə hazırlıq görür.

Milli komandanın təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı belədir: