15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.
AFFA-dan “Report”a verilən məlumata görə, mundiala hazırlıq çərçivəsində 2011-ci il təvəllüdlü futbolçuların növbəti təlim-məşq toplanışı baş tutacaq.
Toplanış sentyabrın 8-9-da və 12-14-də Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək.
Hazırlıq prosesində futbolçuların seçimi davam etdiriləcək və dünya çempionatında iştirak edəcək yekun heyət müəyyənləşdiriləcək.
Toplanışa dəvət olunan 25 futbolçudan 14-ü dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Bununla yanaşı, U-15 milli komandasında 2012-ci il təvəllüdlü futbolçular arasında da seleksiya prosesi davam etdirilir. Bu yaş qrupundan ibarət yığma oktyabrın 20-dən 26-dək Maltada keçiriləcək UEFA İnkişaf Turnirinə hazırlıq görür.
Milli komandanın təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı belədir:


