Azərbaycanda bir sıra təhsil müəssisələrində təmir işləri aparılacaq.
xüsusi.tv məlumatına görə, işlərin səkkiz təhsil müəssisəsində aparılması nəzərdə tutulur.
Təmir İmişli, Neftçala, Kürdəmir rayonlarında, Şirvan, Beyləqan, Mingəçevir və Yevlax şəhərlərində baş tutacaq.
Sözügedən işlərə 4 milyon 562 min 459 manat vəsaitin xərclənəcəyi ehtimal edilir.
Qeyd edək ki, təmir olunacaq təhsil müəssisələri aşağıdakılardır:
– İmişli rayonu Qabil Mərdəliyev adına Xəlfəli kənd tam orta ümumtəhsil məktəbi;
– Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbi;
– Neftçala şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi;
– Kürdəmir rayonu A.Məmmədov adına Xınıslı kənd tam orta məktəbi;
– Şirvan şəhəri Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbi;
– Beyləqan Peşə Məktəbi;
– Mingəçevir şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbi;
– Yevlax şəhər 3 saylı tam orta məktəbi



