❗Ali Məhkəmədən Binəqədi bələdiyyəsinin sədri və bacısı ilə bağlı YENİ QƏRAR

Xüsusi.Tv-nin məlumatına görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə verilən qərara əsasən, İlknur Turkutla bağlı kassasiya şikayət təmin edilməyib. Aytac Əliyevanın kassasiya şikayəti isə qismən təmin edilib. Belə ki, ona elan olunmuş ittihamdan 308.1-ci maddə xaric edilib. Yeni qərara əsasən, Aytac Əliyevaya qəti olaraq 2 il 6 ay müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir